25 iyun 2020 11:01
340

Qazaxıstanda 19285 nəfər koronavirusa yoluxub

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 520 nəfər yoluxub.

Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 19285 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 11 882 nəfər sağalıb, 136 nəfər isə vəfat edib.