26 may 2020 11:48
841

Qazaxıstanda daha 438 nəfər koronavirusa yoluxub

Qazaxıstanda son bir sutkada 438 nəfər koronavirusa yoluxub. Bu barədə mayın 26-da Koronavirus ilə Mübarizə üzrə Əməliyyat Qərargahı məlumat verib.

AZƏRTAC xəbər verir ki, ölkədə koronavirusa yoluxma artımı 5,1 faiz təşkil edib.

Ümumilikdə, pandemiya dövründə Qazaxıstanda 8969 nəfərdə koronavirus aşkarlanıb, 4515 nəfər sağalıb, 35 xəstə dünyasını dəyişib.