19 noyabr 2019 19:38
651

Qazaxıstanda havanın temperaturu kəskin aşağı düşüb

Qazaxıstanın mərkəzi vilayətlərində havanın temperaturu kəskin şəkildə aşağı düşüb, qasırğa xəbərdarlığı elan olunub.

Ölkənin paytaxtı Nur-Sultanda, həmçinin Karaqanda, Pavlodar, Şərqi və Şimali Qazaxıstan vilayətlərində şaxtalı hava şəraiti hökm sürür.

Havanın temperaturu mənfi 25-33 dərəcəyədək enib. Bu gün orta mǝktǝblǝrdǝ dərslər dayandırılıb.

Qazaxıstan Hidrometeorologiya Mərkəzinin məlumatına görə, havanın temperaturu gündüz mənfi 20-25, gecǝ isə mənfi 33 dərǝcǝyǝ qədər enir.

Kəskin hava şəraiti ilə əlaqədar avtomobil yollarında hərəkət məhdudlaşdırılıb.