09 iyul 2020 19:47
1119

Qazaxıstanda iki həftəlik karantin rejimi elan edilir

Xəbərdarlıq: “Karantin rejiminin qaydalarına əməl edilməsə, müddət yenidən uzadıla bilər”

 

Qazaxıstanda da iki həftəlik karantin rejimi elan edilə bilər. Bu barədə Qazaxıstanın Nur-Sultan şəhərinin meri Altay Kulqinov deyib.

O, bildirib ki, karantinin uzadılması hər kəsdən asılı olacaq: “Xatırlayırsınız ki, biz fövqəladə rejim elan etmişdik, karantin tətbiq etmişdik və sərt qaydalar müəyyənləşdirmişdik. Bu tədbirlər kömək olsa da, may ayının 11-dən sonra insanlar normalara, qaydalara əməl etməyi unutdu. Beləliklə də, xəstəliyə yoluxan vətəndaşların sayı artdı. Biz bu səhvləri yenidən təkrar etməməliyik. Əlbəttə ki, fövqəladə rejim doğru yol olsa da, həkimlərin və dövlət büdcəsinin yükü nəzərə alınmamışdı. İndi biz iki həftəlik karantin rejimi elan etmək məcburiyyətindəyik”.

Altay Kulqinov xəbərdarlıq edib ki, əgər karantin rejiminin qaydalarına əməl edilməsə, müddət yenidən uzadıla bilər: “Lakin biz bunu istəmirik. Karantinin uzadılmasını istəmiriksə, buraxılmış səhvləri unutmamalıyıq”.