19 may 2020 09:13
329

Qazaxıstanda koronavirusa yoluxanların sayı 6 751 nəfərə çatıb

Qazaxıstanda yeni növ koronavirusa daha 311 yoluxma halı qeydə alınıb.

Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, yeni yoluxma halları Almatı (24), Çimkənd (31), Nur-Sultan (36) şəhərlərində və Atırau (142), Qərbi-Qazaxıstan (6), Karaqanda (13), Akmolinsk (8), Türküstan (18), Manqıstausk (1), Almatı ( 3), Aktyubinsk (4), Kostanay (19), Jambıl (3), Şimali-Qazaxıstan (1), Qızılorda (4), Pavlodar (2) vilayətlərində qeydə alınıb.

Məlumata əsasən, Qazaxıstanda koronavirusa yoluxanların ümumi sayı 6 751 nəfərə çatıb.