04 avqust 2020 23:40
825

Qazaxıstanın Beyrutdakı konsulu partlayış zamanı xəsarət alıb

Beyrutda baş vermiş partlayış nəticəsində Qazaxıstanın Livandakı konsulu Baqlan Spabek xəsarət alıb, diplomatik nümayəndəliyin binasına zərər dəyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan XİN-in mətbuat xidməti məlumat yayıb.

Nazirlikdən bildiriblər ki, diplomatlar yerli hakimiyyətlə operativ əlaqə saxlayaraq Livan ərazisində yerləşən Qazaxıstan vətəndaşlarının vəziyyəti haqqında məlumatlar toplayırlar.