21 fevral 2019 17:46
501

Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi artıb

Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi artıb.

AZƏRTAC Qazaxıstan Statistika Komitəsinin yaydığı məlumata istinadla xəbər verir ki, 2018-ci ildə Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsi 258,26 milyon ABŞ dolları təşkil edib. Bunun 211,9 milyon dolları ixrac, 46,3 milyon dolları idxalın payına düşüb.

Qazaxıstanın sənaye və infrastruktur inkişafı naziri Jenis Kasımbek hökumətin iclasında bildirib ki, 2018-ci ildə ölkə məhsullarının Əfqanıstana Azərbaycan, Rusiya, Türkmənistana ixracına dair müqavilələr bağlanıb. Ötən il Azərbaycana transformatorların daşınması üçün 450 milyon dollarlıq ixrac müqavilələri imzalanıb.