03 iyul 2020 15:58
1700

Qazaxstanda futbol yenə dayandı

Qazaxstan 1-ci futbol liqası artan yeni növ koronovirus (COVID-19) infeksiyasına görə ikinci dəfə təxirə salınıb.

”İki sahil” Qazaxıstan Futbol Fedarasiyasına istinadən xəbər verir ki, çempianat yeni növ koronovirusa yoluxma səbəbinə görə 14 gün təxirə salınıb.

Qeyd edək ki, rəsmi məlumatlara görə Qazaxıstanda son 24 saatda COVID-19-a yoluxma sayı 1501 nəfər artaraq 44075 nəfərə yüksəlib. 188 nəfər həyatını itirib.