30 yanvar 2019 10:27
131

Qazma əməliyyatlarına başlanılacaq

Avstraliyanın “Carnarvon Petroleum Limited” neft-qaz hasilatı və istismarı şirkəti Qərbi Avstraliyada 2019 qazma proqramı üzrə  üçüncü -  “Roc South-1” quyusunun qazma işlərinə başlayacaq.  Sözügedən kəşfiyyat quyusu “Dorado-2” qiymətləndirmə quyusunun qazma işləri tamamlandıqdan dərhal sonra qazılacaq. Qeyd edək ki,  nəzərdə tutulan quyuların hər üçünün  qazılmasında  “Noble Tom Prosser” qazma, qurğusundan istifadə olunur. 

“İki sahil” “proactiveinvestors.co.uk” saytına  istinadən xəbər verir ki, “Carnarvon Petroleum Limited” “Roc South-1” quyusunda 20%, operatoru “Santos Ltd”  isə  80% payın sahibidir.