Azərbaycan kubokunda 2018-2019 mövsümünün qalibi müəyyənləşib.
Qol.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası stadionunda keçirilən həlledici matçda “Qəbələ” və “Sumqayıt” üz-üzə gəlib. Matç "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da klub tarixində ilk titulunu qazanıb.
Qeyd edək ki, "Qəbələ" ölkəmizi Avropa Liqasında təmsil edəcək.
19 may
Azərbaycan kuboku, final
17:00. “Qəbələ” – “Sumqayıt” - 1:0
Qol: Stiven Monroz, 4
Qırmızı vərəqə: Cavid Tağıyev, 90+6 ("Sumqayıt")
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov
Naxçıvan Muxtar Respublikası stadionu