05 avqust 2020 19:16
1838

Qəbələdə mərkəzi küçələrdən birinə şəhid general Polad Həşimovun adı verilib

Qəbələdə mərkəzi küçələrdən birinə şəhid general-mayor Polad Həşimovun adı verilib.

AZƏRTAC xəbər verir ki, üzərinə "Polad Həşimov" yazılan lövhələr artıq küçə boyu yerləşdirilib.

Xatırladaq ki, iyulun 30-da Qəbələ rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev Qəbələnin Vəndam kəndində doğulmuş general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə onun adının verilməsi və digər müvafiq tədbirlər görülməsi barədə rayon icra hakimiyyətinin başçısına tapşırıq vermişdi.