18 may 2020 19:33
487

Qebreyesus: ÜST vaxtında həyəcan təbili çalıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus infeksiyası ilə bağlı vaxtında həyəcan təbili çalıb.

Trend-in məlumatına görə, bunu ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus 73-cü Ümumdünya Səhiyyə Assambleyasının iclasında deyib.

O bildirib ki, ÜST erkən və dəfələrlə xəbərdarlıq edib. Eyni zamanda baş direktor Avropa İttifaqının irəli sürdüyü ÜST-ün koronavirusla bağlı reaksiyasının araşdırılması barədə təklifini alqışlayıb.

Qeyd edək ki, iclas zamanı Çin rəhbəri Si Cinpin də çıxış edərək Çinin koronavirusla bağlı təşkilatı vaxtında məlumatlandırdığını bildirmişdi.