27 oktyabr 2020 19:31
1785

Qədim sivilizasiyalarla bağlı bunları bilirsinizmi?

Qədim sivilizasiyalar haqqında maraqlı faktlar nəhəng imperiyaların tarixi ilə bağlı ətraflı məlumat əldə etməyə imkan verir. Arxeoloqlar hələ də qədim insanların necə yaşadıqlarına dair çoxlu fərqli artefaktlar tapmaqdadırlar. Aşağıda qədim sivilizasiyalarla bağlı maraqlı məlumatlarla tanış ola bilərsiniz:

Qədim xalqların çoxunda insan qurbanı vermək kimi bir adət vardı. Mayalılar, inklər və asteklərdə isə heç bir tədbir bu adətsiz keçməzdi.

Qədim Çin sivilizasiyası kağız, atəşfəşanlıq və sığorta kimi kəşfləri ilə digər sivilizasiyalardan öndə olub.

Bilirdinizmi ki, piramidaları təkcə misirlilər tikməyib, başqa sivilizasiyalarda da mövcud olub? Hazırda Meksika və Peru ərazisində də piramidalar az deyil.

Qədim Yunanıstanda insanlar ağır cinayətlərə görə edam edilmirdilər, sadəcə, şəhərdən qovulurdular. Hesab edilirdi ki, bu halda nəticədə cinayətkar tezliklə tək ölməyə məhkum olacaqdır.

Qədim xalqların çoxunda ali varlıq kimi Günəşə inam mövcud olub.

Qədim mayalılar astronomiya və cərrahiyyə sahələrində xüsusi bacarıqlara malik idilər. Lakin onların digər sadə bir şey- təkər haqqında heç bir təsəvvürü olmayıb. Arxeoloqlar bu ağıllı xalqın təkərdən istifadə etdiyini göstərən bir dəlil tapa bilməyiblər.

Məşhur sivilizasiyalardan biri şumer sivilizasiyası hesab edilir. Şumerlər eramızdan əvvəl 4-5-ci minilliklərdə Yaxın Şərqdə yaşayıblar.

Aralıq dənizi sahillərində indiyədək 200-dən çox qədim şəhər xarabalığı aşkar edilib.

Digər maraqlı fakt isə odur ki, Qədim Misirdə qadın və kişi hüquqları bərabər idi.
Vaxtilə müasir Laos ərazisində məskunlaşan naməlum bir qədim mədəniyyət geridə nəhəng daş qablar qoyub gedib. Alimlər onların əsl məqsədlərinin nə olduğunu hələ də bilmirlər. Qeyd edək ki, həmin tüplərin təxminən 2000 yaşı var.

 Məşhur qədim Misir piramidaları elə tikilib ki, orada daş bloklarının arasından  nazik ülgüc bıçağı belə keçə bilməz. Buna baxmayaraq, onlar tikintidə çox sadə vasitələrdən istifadə ediblər.
Maraqlıdır ki, Qədim Hindistanda eramızdan əvvəl 5-ci əsrdən yaşayış evlərində kanalizasiya sistemi mövcud olub.

 Roma sivilizasiyası ən çox texniki inkişafa malik sivilizasiya olub. Onlar möhkəm daş yolları ilə məşhur idilər. Bu yolların bəziləri indiyədək istifadə edilir.

 Qədim sivilizasiyalardan biri də Atlantidadır. Çoxları onu mifik hesab etsə də, mütəxəssislər tədqiqatları davam etdirməklə Atlantik dənizinin dibində bu sivilizasiyanın izlərini sübut etməyə çalışırlar.  

 Ən az öyrənilmiş qədim sivilizasiyalardan biri bir zamanlar müasir Efiopiya ərazisində mövcud olmuşdur. Üzərində insanları təsvir edən sütun şəklində nadir abidələr dövrümüzə qədər gəlib çatmışdır.

 Cansız Qobi səhrasında da bir zamanlar həyat mövcud olub və qədim sivilizasiyalar yaşayıb. Lakin onların tikililəri sonradan böyük qum qatı ilə örtülüb.

 Xeops ehramı dünyanın yeddi möcüzəsinin günümüzə qədər gəlib çatan yeganə nümunəsidir.

Nubar Süleymanova, “İki sahil”