14 yanvar 2021 15:00
270

Qəribə və maraqlı sindromlar

Sindrom, səbəbi bəlli olmayan psixoloji xəstəliklərdir. 

“Munchausen“ sindromu
Bu sindrom 18-ci əsrdə yaşamış Baron Munchausendən gəlmişdir. Sindroma sahib şəxslər ətrafdakı insanların diqqətini çəkmək üçün özünü xəstə kimi aparır. Araşdırmalar göstərmişdir ki, təcili yardıma gələn xəstələrin 20%-i bu əslində xəstə deyillər, səbəbi bu sindromdur. 

“Stendal“ sindromu
İnsanın sənət əsərləri qarşısında həyəcanlanıb, huşunu itirməsinə Stendal sindromu deyilir. Bu sindroma tutulan insanların ürək ritmlərində sürətlənmə, baş dönməsi, özündən getmə və halusinasiyalar müşahidə olunur.

“Xarici aksent“ sindromu
Bu sindrom insanlarının beyinlərinin danışma hissəsində əmələ gələn zədə səbəbi ilə yaranır. İnsan öz ana dilini xarici dildəki aksent ilə danışmağa başlayır. Sindromun ən maraqlı tərəfi isə aksenti dəyişən insanların daha əvvəl heç eşitmədikləri və görmədikləri bir ölkənin aksenti ilə danışmaqlarıdır.

“Truman“ sindromu
Televizorların və populyar mədəniyyətin həyatımıza girməsi ilə ortaya çıxan ruhi narahatlıqdır. Truman sindromuna tutulan xəstələr, həyatlarının gizli kamera ilə qeydə alındığını və televizorda göstərildiyini zənn edirlər.

“Paris“ sindromu
Paris sindromu, xüsusilə yaponların tutulduğu bir sindromdur. Yapon mediyasının Parisi xoşbəxt, sakit və dəbdəbəli göstərməsi səbəbi ilə yaponlar Parisə gəldikləri üçün xəyal qırıqlığına uğrayır və depressiyaya girirlər.

“Otello“ sindromu
Otello sindromu qısqanclıq hissi ilə əlaqəli psixoloji narahatlıqdır. Bir insanın həddindən çox qısqanclıq sərgiləməsinə verilən addır. Otello sindromu adı Şeksprin eyniadlı əsərindən götürülmüşdür.

“Alice in Wonderland” sindromu
Alisa möcüzələr diyarında sinromuna sahib insanlar əşyaların ölçülərini fərqli görür. Belə ki, bu sindromdan əziyyət çəkənlər, cisimləri daha böyük və ya kiçik, fərqli eşitmək və s. kimi problemlərlə üzləşir.

“Yad əl“ sindromu
Yad əl sindromuna sahib insanlar, bir əlinin öz iradəsi varmış kimi hərəkət etməsi ilə qarşılaşırlar. Məsələn, siz işığı yandırmaq istəyərkən digər əliniz öz-özünə işığı söndürür.

“Peter Pan“ sindormu
Bu sindroma sahib insanlar, böyüməkdən qorxan uşaqlar və ya böyüklərdə qarşımıza çıxa bilir. Özünü uşaq kimi hiss edib belə davranışlar sərgiləyən insanlarda rast gəlinir. Peter Pan sindromlu insanlar böyüklərin götürdüyü məsuliyyətlərdən qaçmaqlarına səbəb olur.

Röya Rasimqızı, "İki sahil"