24 oktyabr 2020 14:02
842

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs istintaqa cəlb olunub

Oktyabrın 23-də saat 09 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsi sakini 1988-ci il təvəllüdlü Məmmədov Natiq Fəxrəddin oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, Sabunçu Rayon Prokurorluğunun məlumatına görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və cəsədə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Balaxanı qəsəbə sakini 1995-ci il təvəllüdlü Mahmudov Ülvi Vüqar oğlunun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Natiq Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ülvi Mahmudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.