27 yanvar 2020 17:35
1120

Qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı açıqlanıb

Milli Məclisdə seçkilərlə əlaqədar indiyə qədər 55 min 292 yerli müşahidəçi qeydiyyatdan keçib. Secki-2020.az saytının xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri  Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. O bildirib ki, onlardan DSK-larda 52 min 858 nəfər akkreditasiyadan keçib.

M.Pənahov prosesin davam etdiyini qeyd edib.