30 iyun 2020 10:50
197

Qeyri-neft sektorunda əmək müqavilələrinin sayında 210 min artım olub

2019-cu il yanvarın 1-də qeyri-dövlət qeyri-neft sektorunda 539 min 972 əmək müqaviləsi bağlanıb. “İki sahil” xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov iyunun 30-da keçirdiyi brifinqdə deyib. Nazir qeyd edib ki, cari il iyunun 26-da bu rəqəm 751 min 705 olub. Başqa sözlə desək, qeyri-dövlət qeyri-neft sektorunda 18 ay ərzində əmək müqavilələrinin sayında 210 min artım olub. Mikayıl Cabbarov bildirib ki, pandemiya dövründə ölkəmizin iqtisadiyyatı çətinliklə üzləşsə də, iqtisadiyyatımızın strukturunda mənfi təsir minimal səviyyədədir. Nazir qeyd edib ki, biznes mühitin yaxşılaşması istiqamətində işlər görülür.