08 avqust 2019 12:03
205

Qırğız Respublikasının parlamenti növbədənkənar sessiya keçirəcək

Qırğız Respublikasının parlamenti avqustun 8-də növbədənkənar sessiya keçirəcək.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, məlumatı Qırğız Respublikası parlamentinin Mətbuat xidməti yayıb.

Bildirilib ki, sessiyada respublikanın keçmiş prezidenti Almazbek Atambayevin tutulması ilə bağlı keçirilən əməliyyatdan sonra ölkədə yaranmış vəziyyət müzakirə olunacaq.

Qeyd edək ki, avqustun 7-də Almazbek Atambayevin tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına respublikanın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən hücum olub. Son məlumata görə, qarşıdurma nəticəsində 52 nəfər yaralanıb, 1 nəfər ölüb.