09 aprel 2020 09:51
907

Qırğızıstanda koronavirusa yoluxanların sayı 280 nəfərə çatıb

Son sutka ərzində Qırğızıstanda koronavirusa yoluxanların sayı 280 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu haqda Qırğızıstan Səhiyyə nazirinin müavini Mademin Karatayev Bişkekdə keçirdiyi brifinqdə məlumat verib. O deyib ki, yeni virusa yoluxanlar karantində olanların hesabına artıb.

Nazir müavini vurğulayıb ki, həkim və digər tibb personalı arasından koronavirusa yoluxanların sayı 34 nəfərə çatıb, 25 xəstə sağalıb və evə buraxılıb. Bu virusdan Qırğızıstanda 4 nəfər dünyasını dəyişib.