28 iyun 2020 22:24
353

Qırğızıstanda koronavirusa yoluxanların sayı artır

Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 235 nəfər yoluxub.

Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, bu barədə koronavirus infeksiyasına qarşı mübarizə üzrə Respublika Qərargahından bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 748 nəfərə çatıb.

Nazir müavini qeyd edib ki, ötən gün koronavirusdan 1 nəfər ölüb, 30 nəfər sağalıb, ölənlərin ümumi sayı 47 nəfər, sağalananların ümumi sayı isə 2 242 nəfərdir.