21 may 2020 11:29
221

Qırğızıstanda koronavirusdan 919 xəstə sağalıb

Qırğızıstanda COVID-19 koronavirusundan 919 xəstə sağalıb, virusa yoluxanların sayı 1313 nəfərə çatıb ki, bunun da 257-si tibb işçiləridir.

Bu haqda Qırğızıstanın Səhiyyə nazirinin müavini Norbolot Usenbayev Bişkekdə keçirdiyi brifinqdə məlumat verib. O deyib ki, indiyədək virusdan 14 nəfər ölüb, 12 pasiyentin vəziyyəti ağırdır, 6 nəfər reanimasiyadadır, karantində 1902 adam var.

N.Usenbayev bildirib ki, pandemiya dövründə ölkədə 80 min test həyata keçirilib.

Nazir müavini deyib ki, dünən Rusiyanın Orenburq şəhərindən daha 164 Qırğızıstan vətəndaşı ölkəyə gətirilib. Ümumiyyətlə isə pandemiya dövründə 22 xarici ölkədən 10 mindən çox vətəndaş Qırğızıstana qayıdıb. //AZƏRTAC