15 yanvar 2020 13:08
139

“Qırmızı karta” bərabər “avtoqol” - Snayderdən xəyanət "qolu" - FOTO

“Qalatasaray”ın keçmiş ulduzu Vesli Snayder “qırmızı karta” bərabər “avtoqol”a imza atıb.

“İki sahil” xəbər verir ki, haqqında gəzən xəyanət ittihamlarına görə boşanmaq həddinə çatan hollandiyalı futbolçu həyat yoldaşı Yolante Kabu tərəfindən övladları Xess və Xavaya görə bağışlanmışdı.

Niderland KİV-nin iddialarına görə, səhvlərindən nəticə çıxarmayan 35 yaşlı sabiq futbolçu bu dəfə pop ifaçısı Emma Histerslə öpüşərkən görülüb.

Yolante Kabunun iddialara necə reaksiya verəcəyi maraqla gözlənilir.