24 fevral 2020 14:20
1610

Qışın sonunu coşqulu edən - Karnavallar - FOTO

Avropanın bir çox ölkələrində avropalı səyyahların kəşf etdikləri ölkələrdə təşkil olunan karnaval əyləncələri bu həftə sonu ən rəngli hala gəldi. Karnaval sözünün "carne levare" - latın dilindən "əti çıxartmaq" mənasını verir və zaman keçdikcə dəyişilib.

“İki sahil” xəbər verir ki, karnaval baharın gəlməsindən əvvəl, anbarlarda qalan və saxlanıla bilinməyən son ət və süd məhsullarını tükətmək, yeməyin az olduğu zaman qırx gün oruc tutmaq və sonra baharın gəlişi ilə təbiətin nemətlərini qazanılmasına işarədir. Orucdan əvvəl karnaval günlərində insanlar gündəlik qayğılarından, ictimai qaydalarından uzaqlaşıb üç gün də olsa əylənərək rəqs edirlər.

Karnavalın tarixi ildən ilə dəyişir, ancaq 3 fevral-9 mart arasında keçirilir. Dəqiq tarix ay təqviminə görə hesablanır. Çərşənbə axşamı gününə xüsusi diqqət yetirilir və Pasxadan 47 gün əvvəl olur. 2020-ci il üçün rəsmi karnaval günü 25 fevralda olacağı hesablanıb. Kostyumlu, rəqsli və musiqili karnaval mərasimləri bir çox ölkədə həftələr əvvəl başlayıb. Fevralın 23, 24 və 25-də əyləncənin zirvə günləri olacaq. Bu gün dünyanın müxtəlif yerlərində keçirilən karnaval şənliklərindən nümunələri təqdim edirik.