05 fevral 2019 11:25
268

Qız qalası bənövşəyi rəngə boyanıb

Xərçəngə qarşı Beynəlxalq Mübarizə Birliyi 2005-ci ildən başlayaraq hər il fevralın 4-də Dünya Xərçənglə Mübarizə Gününü qeyd edir.

AZƏRTAC xəbər verir ki, bu çağırışa cavab olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi insan sağlamlığına böyük təhlükə törədən xəstəliyə qarşı həssaslığı artırmaq məqsədilə ictimaiyyətə vizual ismarış göndərib. Belə ki, həmin gün paytaxtımızın simvolu olan Qız qalası bənövşəyi rənglə işıqlandırılıb.

Qeyd edək ki, lavanda çiçəyinin bu füsunkar rəngi cəmiyyətin diqqətinin xərçəng xəstəliyi ilə mübarizəyə, həyatın dəyərini bilməyə səsləyir.