14 fevral 2019 13:41
225

Qız qalası MDB-də 5 ən populyar romantik yerdən biridir

Bakıdakı Qız qalası MDB məkanında beş ən populyar yerdən biri sayılıb.

Rusiyanın “TurStat” analitika agentliyi Müqəddəs Valentin Günü ilə əlaqədar MDB ölkələri şəhərlərinin yerli sakinlər və turistlər arasında ən romantik yerlərinin və görməli məkanlarının reytinqini tərtib edib.

Ən populyar romantik yerlərin ilk beşliyində Minskdəki Troitskoye qəsəbəsi, Alma-Atadakı Kok-Tübe dağı, Astanadakı Bayterek abidəsi, Bakıdakı Qız qalası və Daşkənd teleqülləsi yer alıb. Reytinq internetdə aparılan sorğunun yekunları əsasında tərtib edilib.