20 yanvar 2021 04:56
789

Qlükoza sensoruna malik ilk “ağıllı” saat

Elektronika istehsalçıları CES istehlak sərgisində yalnız hazır texnoloji həllər deyil, həm də müxtəlif qurğuların prototipini təqdim edirlər. Məsələn, Yaponiyanın "Quantum Operation" startapı qandakı qlükozanın səviyyəsinin qeyri-invaziv monitorinqi funksiyasına malik qeyri-adi "ağıllı" saat modelini nümayiş etdirib.

"İki sahil" bildirir ki, "Quantum Operation" startapının bəyanatına görə, təqdim edilmiş qurğu istifadəçinin dərisini deşmədən onun qanındakı şəkərin səviyyəsini dəqiq ölçmək və ona nəzarət etmək qabiliyyətinə malikdir. Bunun üçün "ağıllı" qurğunun sahibi qurğunun menyusundan müvafiq bəndi seçir və 20 saniyədən sonra nəticə hazır olur. Məlumata görə, cihaz qeyri-invaziv ölçmə üçün Raman spektroskopiyası metodunu tətbiq edir.