29 iyun 2020 11:21
521

Qomes futbolla vidalaşdı

Almanyada 2-ci Bundesliqa komandası "Şturtqart"ın formasını geyinən, bir vaxtlar da Türkiyənin "Beşiktaş" klubunda oynayan Mario Qomes futbol karyerasının başa catdığını bildirib.

"İki sahil" xəbər xəbər verir ki, Qomes "Sky" televizya kanalına açıqlamsında bildirib ki, Şturtqarqda oynadığı illər üçün və burada karyerasının başa catdığı üçün çox xöşbətdir.

Qeyd edək ki, 2004-cü ildə Şturtqartda karyerasına başlayan və 2007-ci ildə bu komanda ilə Bundesliqa çempionluğunu yaşayan Qomes həmin sezon da ilin futbolçusu seçilib.
Məlumat üçün bildirək ki, Qomes “Bavarya”, “Beşiktaş”, “Fiorentina”, “Volfsburq” kimi klublarda çıxış edib. 2007-2018-ci illərdə Almaniya millisində oynayan Qomes 78 matçda 31 qol vurub.