14 iyun 2019 18:52
412

Qorxmaz Hüseynov Qubada vətəndaşları qəbul edib

Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 14 iyun 2019-cu il tarixində Quba şəhərində  Quba və Qusar rayonlarından olan sakinləri qəbul edib.

Qəbuldan əvvəl “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev  ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Quba Sukanal Sahəsinin  inzibati binasında keçirilən qəbulda  Quba və Qusar rayonlarından olan 40 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən içməli su  təchizatı və kanalizasiya, içməli sudan əziyyət çəkən kəndlərin su təchizatının yaxşılaşdırılması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən “Azərsu” ASC-nin sədri şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.