01 fevral 2019 10:55
193

“Qrantyeyənlərin” “facebook” qəhrəmanlığı

20 ildən artıqdır ki, qrantyeyənlər dəstəsi olan dağıdıcı müxalifət düşmən dəyirmanına su tökməklə ölkəmizin imicinə ləkə vurmaqda davam edir. Dağıdıcı müxalifətin ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanlarının, beynəlxalq təşkilatların əlaltısına, buyruqçusuna, siyasi alətinə çevrilməsi faktdır. Bu, dəfələrlə sübuta yetirilib. Xocalı soyqırımı, bir milyondan artıq soydaşlarımızın qaçqın və məcburi köçkün düşməsi,  dinc sakinlərimizin, körpə balalarımızın düşmən gülləsinə tuş gəlməsi barədə xaricdəki ağalarına bir kəlmə belə deməyən məlunların “facebook”da “qəhrəmanlıq” nümayiş etdirərək, “xalq”, “Vətən”, “millət”, “Qarabağ” kimi şüarlarla cəmiyyəti aldatması isə lap ikrahedicidir. Bu isə cəmiyyəti narahat etməyə bilməz. Bu insanların əməlləri sosial şəbəkələrdə qınaq obyektinə çevrilib. Sevindirici haldır ki, gənclər bu avantüristlərə uymur, əksinə onlara layiq olduqları cavabları verirlər. Gənclərimizdən bir neçəsinin mövqeyini oxucularımıza çatdırırıq:

Teymur Tahirov: “AXCP sədrinin nəyə görə xalq qarşısında bu qədər nifrətə səbəb olması ondan irəli gəlir ki , Əli Kərimli heç bir zaman siyasi arenada başıuca gəzməyib.”

Vüsal Alıyev: “Əli Kərimli həmişə xalqa xaous həyatı yaşadıb, həmişə  öz mənafeyini güdür. Azərbaycan xalqı mitinq edənlərin məqsədini yaxşı bilir, ona görə də onları heç kim dəstəkləmir,  xalq hakimiyyətin yanındadır.”

Fidan Mahmudova: “Küçə psixologiyası ilə yaşayan, böhtanı, şər-şəmatanı, xəyanətkarlığı, əxlaqsızlığı özünə peşə edən bu məxluqları ictimaiyyətimiz ikrahla rədd edir.”

İsmayil Nəcəfov: “Müxalifətin məqsədi dinc aksiya keçirmək yox, qarışıqlıq yaratmaq, iğtişaş və dağıntılar törətməkdir.”

Ayan Ayxan: “Müxalifətin keçirdiyi hər bir aksiyanın arxasında maddi maraqları durur. Məqsədləri ancaq ölkədəki sabitliyi pozub, çirkin məqsədləri həyata keçirməyə çalışmaqdır. Qanunsuz aksiyaya cəhd qanunu pozmaqdır və qanun qarşısında məsuliyyət yaradır.”

Nahid Babazadə: “Ölkəmizdə siyasi məhbus yoxdur. Sadəcə qanunu pozan səxslər özlərini günahsız kimi göstərməyə calışaraq bu addan istifadə edirlər. Müxalifətin keçirdiyi bütün mitinqlər Azərbaycan xalqı tərəfindən rədd edilir, öz mənafeləri üçün təşkil olunan mitinq bu xalqa lazım deyil.”

Sosial şəbəkələrdə həqiqəti görən, açıq fikirli minlərlə gənclərimiz  bildirirlər ki, ölkəmizdə sabitliyin pozulması həm Əli Kərimlinin, həm də onu maliyyələşdirən, arxasında dayanan, himayə edən qurumların arzusudur. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün ucuz şou düzəltməklə məşğuldurlar. Hər zaman olduğu kimi, bu gün  də dağıdıcı müxalifətin məqsədi Azərbaycanda təxribatçı hərəkətlərə rəvac verməkdir. Onlar hər zaman inkarçılıq mövqeyində dayanaraq böhtan dolu ifadələrlə, fikirlərlə çıxış edirlər.  Bu, dəfələrlə sübuta yetirilmiş məlum həqiqətdir. Hər hansı bir insanı adət etdiyi vərdişdən çəkindirmək çox çətindir. Əli Kərimli və onun kimiləri çətin ki, öz antimilli mövqeyindən əl çəksinlər. Axı, bu, onların qazanc, gəlir mənbəyidir. İyirmi ildən çoxdur ki,  heç bir faydalı əməklə məşğul olmayan bu  zavallıların gəlir mənbəyi öz xalqına, millətinə, Vətəninə böhtan və çamur atmaqdan çıxır. Belələri üçün deyiblər ki, “qozbeli qəbir düzəldər”.

Şəmsiyyə Əliqızı, “İki sahil”