16 yanvar 2020 16:57
709

Qriqorçuk millimizi çalışdıra bilər

"Astana"dan ayrılan Roman Qriqorçuk Azərbaycan millisinin baş məşqçisi ola bilər.

Ukrayna mətbuatının iddiasına görə, 55 yaşlı mütəxəssis AFFA ilə danışıqlar aparır.

Qeyd edək ki, 2018-ci ilin yayından "Astana"da işləyən Qriqorçuk bu ay klubdan ayrılıb. O, 2015 - 2018-ci illərdə "Qəbələ"nin baş məşqçisi olub və ardıcıl iki dəfə (2015/2016, 2016/2017 mövsümlərində) Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. 

Qol.az