13 may 2019 10:22
193

Qubada baş verən qəzada 3 nəfər yaralanıb

Qubada 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza Quba-Xaçmaz yolunun Quba rayonu Alekseyevka kəndi ərazisindən keçən hissəsində baş verib. “VAZ-2109” markalı 50 DM 483 dövlət nömrə nişanlı avtomobilin sürücüsü 20 yaşlı Atakişiyev Taleh Allahverdi oğlu idarəetməni itirərək maşını yolun kənarındakı dərəyə aşırıb.

Hadisə nəticəsində sürücü T.Atakişiyev, avtomobildə olan Quba şəhər sakini, 1999-cu il təvəllüdlü Əliyev Tural Kamran oğlu və digər bir sərnişin müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.