19 oktyabr 2019 14:14
874

Qubada minik avtomobili yanıb

Quba rayonunun Zərdabi qəsəbəsində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ərazidəki ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.