29 yanvar 2019 11:48
834

Qubanın Qırız və Xınalıq kəndlərinə qar yağıb

Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Qırız və Xınalıq kəndlərinə qarın hündürlüyü 4 santimetrə çatır. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.

Xınalıq sakinlərinin bildirdiyinə görə, hazırda kəndə qar yağmaqda davam edir.