24 yanvar 2020 10:35
1000

Qusarda mənfi 17 dərəcə temperatur qeydə alınıb

Qusarın Ləzə kəndində temperatur mənfi 17 dərəcəyədək aşağı düşüb.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, yanvarın 23-də gecə saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağır.

Ən çox qar Qusara yağıb. Rayonun Ləzə kəndində qarın hündürlüyü 15 santimetrə çatır.

Qubanın Xınalıq kəndində 6, Qırızda 7, həmçinin Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 2 santimetrdir.

Şimal rayonlarında hazırda qar yağmaqda davam edir.