24 sentyabr 2019 10:30
845

Quyunun qazılmasına start verilib

Monqolustanın “Petro Matad Limited” neft kəşfiyyatı şirkəti  Monqolustanın  şərqində “Gazelle-1” kəşfiyyat quyusunun qazma işlərinə start verib.

Qeyd edək ki, qazma işlərinə nəzərdə tutulan vaxtdan daha tez başlanılıb.

“Gazelle-1” quyunun ümumi dərinliyi 2500 metrdir və quyuda qazma işləri  təxminən 35 gün çəkəcək. 

“İki sahil” “sharesmagazine.co.uk” saytına istinadən xəbər verir ki, quyunun yerləşdiyi  “Gazelle” yatağından 13 milyard barrel ehtiyat hasil olunur.

Quyu “T19-46-1”  quyusunun  4.5 km cənub-qərbində  yerləşir.

“Gazelle-1”quyusunun lazimi vaxtda qazıldığı və noyabr ayına qədər quyuda sınaq əməliyyatlarının aparılacağı deyilir.