14 yanvar 2020 12:34
479

Qvineyanı kütləvi etiraz aksiyaları bürüyüb

Qvineyada kütləvi etiraz aksiyaları getdikcə daha da genişlənir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, aksiya iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb, nəticədə bir nəfər həyatının itirib.

Qvineya polisi aksiyanın qanunsuz və icazəsiz keçirildiyini açıqlayıb. Kütləvi etiraz aksiyaları zamanı xeyli insan saxlanılıb.

Nümayişçilər Konstitusiya Məhkəməsinə gedən yolları bağlayaraq nəqliyyatın hərəkətinə mane olublar. Etirazçıların əsas tələbi prezidentin dərhal istefa verməsidir.