13 noyabr 2019 18:42
1135

Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər

““Milli şura”nın uğursuz mitinq cəhdlərindən sonra Müsavat Partiyasının ötən gün icazəsiz aksiya keçirmək cəhdləri bir daha onu göstərir ki, özlərini radikal müxalifət adlandıranların ölkəmizdə sosail dayaqları, eloktaratı yoxdur. Onlar bu cür icazəsiz aksiyalarla ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa çalışırlar”.

Bu fikirləri Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər: “Dünən 30-40 nəfərlik kiçik bir qrupun asayişi pozmaq, insanları narahat etmək cəhdləri bir daha onu göstərdi ki, bunları xalqın rifahı, insaların xoş güzəranı, ölkədə mövcud olan ictimai-siyasi sabitlik maraqlandırmır. Onlar bu cür piketlərlə xaricdən qrant almağın yeni yollarını düşünürlər. Anlamırlar ki, bu cür uğursuz piketlərlə öz havadarlarının gözlərindən də düşüblər. Çünki nəticəsiz, elektoratsız, sosial dayaqsız qalmış radikalları artıq kimsə maraqlandırmır. Onların havadarları da dərk edir ki, xərclədikləri pullar özlərini müxalifət adlandıranlar tərəfindən xərclənir. Xalq da radikal müxalifətlə bağlı qərarını verib. Özü də 26 il əvvəl. Xalq bu cür səriştəsiz, milləti düşünməyən siyasi oyunbazları çoxdan arxivə göndərib”.

Millət vəkilinin sözlərinə görə, radikalların məqsədi ölkəmizdə  aparılan struktur və kadr islahatlarına kölgə salmaqdır: “Görülən işlər, aparılan islahatlar, əldə edilən uğurlar göz önündədir. Ölkəmiz mötəbər təşkilatların sammitlərinə ev sahibliyi edir. Dünyada nüfuz qazanıb. Ölkə Prezidenti dünyanın ən nüfuzlu siyasətçilərindən biridir. Aparılan düşünülmüş siyasi kurs, ölkəmizin sosial və iqtisadi inkişafı dediklərimizi bir daha təsdiqləyir. Bu isə Qərbdəki bəzi dairələri qıcıqlandırır. Uğurlarımızı gözləri götürməyənlər ölkəmizdəki havadarlarına buyruq və təlimatlarını verirlər. Onlar da canfəşanlıqla ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Aparılan kadr islahatlarını, gəncləşdirmə siyasətini əsassız şəkildə tənqid edirlər. Halbuki xalqımız aparılan struktur və kadr islahatlarını ilk gündən dəstəkləyib və bu gün də dəstəkləməkdədir. Bu cür piket cəhdləri ilə yel qayadan heç nə apara bilməz”.