18 aprel 2019 13:51
637

Raket və artilleriya bölmələri döyüş atışları icra edib - VİDEO - FOTO

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin  döyüş hazırlığı planına uyğun olaraq cəbhəboyu zonada yerləşən raket və artilleriya bölmələrinin döyüş atışlı məşğələləri keçirilib.

"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, məşğələlər zamanı bölmələr marş icra etmə, cəmləşmə rayonlarına çıxma və digər tapşırıqları yerinə yetiriblər.

Raket və artilleriya bölmələri şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərinə zərbələr endirməklə döyüş atışları icra ediblər.