22 may 2019 19:15
690

Rakitiç karyerasını İngiltərədə davam etdirə bilər

“Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiç karyerasını İngiltərədə davam etdirə bilər

“Mançestr Yunayted” klubu “Barselona” ilə yarımmüdafiəçi İvan Rakitiçin transferi barədə danışıqlar aparır.

Kataloniya klubu futbolçunu 55 milyon avroya satmaq niyyətindədir. Xorvatiyalı oyunçunun “Mançestr Yunayted”in heyətində oynamasında İngiltərə klubunun baş məşqçisi Ule-Qunnar Sulşer maraqlıdır.

İ.Rakitiç İspaniya çempionatında 34 matçda iştirak edib, üç qol vurub və 5 nəticəli ötürmə edib.