15 yanvar 2020 20:46
757

Ramzan Kadırov müvəqqəti olaraq vəzifəsindən gedib

Çeçenistanın rəhbəri Ramzan Kadırov müvəqqəti olaraq vəzifəsini tərk edib.

Bu barədə Çeçenistan rəhbərinin rəsmi saytında bildirilir.

Qeyd edilir ki, R.Kadırov Çeçenistan Respublikası Konstitusiyasının 76-cı maddəsinə uyğun olaraq, müvəqqəti olaraq iş qabiliyyətini itirdiyi üçün vəzifəsini yanvarın 13-dən Çeçenistan Respublikası hökumətinin sədri Müslim Xuçiyevə həvalə edib.

Sənəd yanvarın 13-də imzalanıb. //Trend