18 mart 2019 15:47
471

İran ABş-a qarşı HƏRƏKƏTƏ KEÇDİ: çox danışılacaq addım

İran ABŞ-ı beynəlxalq məhkəməyə verəcək.

Publika.az xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani danışıb.

Dövlət televiziyasında çıxış edən prezident bildirib ki, buna səbəb ABŞ-ı ölkəsinə tətbiq etdiyi maliyyə sanksiyalarıdır: "Bu sanksiyalar insanlığa qarşı işlənən cinayətdir".

Embarqonun ölkənin valyutasının dəyərinə ciddi zərər vurduğunu qeyd edən Ruhani bu problemin öhdəsindən gəlmək qabiliyyətində olduqlarını da vurğulayıb.