“Cənab Prezidentin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı bir daha göstərdi ki, Azərbaycanda həyata keçirilən dövlət siyasəti daima humanizm prinsiplərinə əsaslanır”.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Rauf Əliyev deyib. O, bildirib ki, yaşadığımız bu çətin günlərdə Prezidentin 11-i qadın olmaqla ümumilikdə 176 nəfərə şamil edilən sərəncəmı çox sayda ailələrə sevinc bəxş etdi: “Bu günə kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş aministiya aktları nəticəsində 40 mindən çox azərbaycan vətəndaşı əfv edilib.
Bu sərəncam və koronavirus (COVİD-19) infeksiyasına qarşı aparılan mübarizə tədbirləri bir daha göstərir ki, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun sağlamlığı və sosial-rifah halının yüksəkdə olmsı durur.