15 noyabr 2019 14:43
818

Rayan Giqqz: Azərbaycanla matçda qalib gəlməyəcə çalışacağıq

"Bakıda olmaqdan çox məmnunam. İnanıram ki, burada vaxtımızı yaxşı keçirəcəyik".

"Report"un məlumatına görə, bunu Uels yığmasının baş məşqçisi Rayan Giqqz Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyunundan əvvəl mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis bildirib ki, Qaret Beylin vəziyyətinin normal olduğunu bildirib. O, sabahkı qarşılaşmanın çox vacib olacağını vurğulayıb: "Hər iki komandaya uğurlar arzulayıram. Qalib gəlməyəcə çalışacağıq".

Baş məşqçi Uollersin vəziyyətinin yaxşı olduğunu diqqətə çatdırıb.