24 fevral 2020 17:35
1708

Rayan Giqqz Qurban Qurbanovla görüşüb - FOTO

Rayan Giqqz Tofiq Bəhramov adına Respublika Stadionunda və “Azərsun Arena”da olub

“Avro-2020”nin qrup mərhələsinin oyunlarını Bakıda keçirəcək Uels millisinin nümayəndə heyəti Bakıdadır.

Uels yığmasının baş məşqçisi Rayan Giqqz fevralın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda, “Qarabağ” klubunun bazasında və “Azərsun Arena”da olub. “Qarabağ”ın baş meneceri Asif Əsgərov “Mançester Yunayted” klubunun formasını geyinmiş məşhur futbolçuya “Qarabağ”ın formasını hədiyyə edib.

Sonra R.Giqqz “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşüb və fikir mübadiləsi aparıb.

Xatırladaq ki, futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları 12 şəhərdə - Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək. A qrupu çərçivəsində Uels-İsveçrə (13 iyun), Türkiyə-Uels (17 iyun), İsveçrə-Türkiyə (21 iyun) qarşılaşmaları, eləcə də dörddəbir final mərhələsinin bir görüşü (4 iyul) Bakı Olimpiya Stadionunda oynanılacaq.