18 may 2020 17:38
507

Rayonlara gediş-gəliş bərpa olunacaq?

Rayonlara gediş-gəliş məsələsi sanitar-epidemioloji vəziyyətdən asılıdır.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, mütəxəssislər nə vaxt gediş-gəlişin təhlükəli olmadığını desələr, o vaxt da bu barədə məsələyə baxılacaq: "Hələ ki mütəxəssislər vəziyyəti qiymətləndirir və rayonlara gediş-gəlişin başlanması barədə müsbət rəy verməyib.

Biz iyun-iyul ayı ərzində toyların olub-olmayacağı barədə söz deyə bilmərik. Bu gün şadlıq evlərinin açılması vəziyyətə uyğun deyil. Əgər mütəxəssislər vəziyyəti qiymətləndirib şadlıq evlərinin açılmasını münasib bilsələr, o vaxt da qərar veriləcək".