İspaniyanın "Real" klubu ciddi itkilərlə üzləşib.
"İki sahil" Komanda.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisinin futbolçuları - Luka Modriç və Qaret Beyl zədələnib. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Modriç və Beyl Uels - Xorvatiya oyununda (1:1) zədələnib. Uels millisinin kapitanı Beyl oyunun sonlarında axsasa da, əvəzetmə limiti dolduğu üçün meydanda qalıb. Modriç isə qarşılaşmanın 90-cı dəqiqəsində Milan Badeliylə əvəzlənib.
Hər iki futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.