30 noyabr 2020 16:02
767

“Real”ın hansı  oyunçuları “Şaxtyor”la görüşü buraxacaq?

“Real”ın Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Şaxtyor”la oyun üçün sifariş ərizəsi açıqlanıb.

“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi Serxio Ramos və yarımmüdafiəçi Eden Hazard zədəli olduqları üçün görüşü buraxacaqlar. 

Həmçinin Dani Karvahal, Alvaro Odriosola, Federiko Valverde, Luka Yoviçin də matçda iştirak etməyəcəyi bildirilib.

Əvəzində ÇL-in 4-cü turunda "İnter"lə oyunu buraxan Kərim Benzema və Eder Militao iştirak ərizəsində yer alıb.

Qeyd edək ki, dekabrın 1-də  Kiyevdəki Olimpiya stadionunda keçiriləcək “Şaxtyor” – “Real” qarşılaşması Bakı vaxtı ilə 21:55-də başlayacaq.