11 avqust 2020 14:08
970

Realın yarımmüdafiəçisi “Vilyarreal”a keçib

“Real Madrid” yarımmüdafiəçisini “Vilyarreal”a icarəyə verib

İspaniyanın “Real Madrid” futbol klubu yarımmüdafiəçisi Takefusa Kubanı icarəyə verib.

19 yaşlı yaponiyalı yarımmüdafiəçi növbəti mövsümdə “Vilyarreal”da çıxış edəcək.

Qeyd edək ki, Madrid təmsilçisi T.Kubanı 2019-cu ilin yayında transfer edib. Yarımmüdafiəçi 2019-2020-ci il mövsümünü icarə əsasında “Malyorka”da keçirib.