14 avqust 2020 01:15
1038

Reanimasiya şöbəsində 213 nəfər müalicə alır

Azərbaycanda pandemiya xəstəxanalarının reanimasiya şöbələrində koronavirusla əlaqədar müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb.

TƏBİB-dən verilən məlumata görə, hazırda reanimasiya şöbəsində 213 nəfər müalicə alır.

Xəstələrdən 44 nəfəri isə süni tənəffüs cihazına qoşulub.

Ölkəmizdə müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 2146 nəfərdir.