03 avqust 2020 18:34
774

Regionlara gediş-gəlişin açılması məsələsi müzakirə olunur

Azərbaycanda epidemioloji vəziyyət nəzərə alınaraq regionlara gediş-gəlişin açılması məsələsi müzakirə olunur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, Bakıda koronavirusa yoluxma tendensiyasi var: “Hazırda regionlara gediş-gəlişin açılması regionlarda virusun yayılmasına səbəb ola bilər. Bu baxımdan, epidemioloji vəziyyət nəzərə alınaraq regionlara gediş-gəlişin açılması məsələsinə baxılacaq”.